Rusiyalı milyarderlər Ukraynadakı müharibəyə qarşı çıxıblar – Putinə yaxın iş adamından AÇIQLAMA

  • 11:45 - 28 Fevral

İki rusiyalı milyarder - Mixail Fridman və Oleq Deribaska Ukraynadakı müharibəyə qarşı çıxıb və sülhə çağırıblar. 

Avropa.info xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazıb. 

“LetterOne” investisiya şirkətinin rəhbəri, Ukraynadan olan Mixail Fridman şirkətin əməkdaşlarına məktub göndərərək deyir: “Mən əminəm ki, müharibə heç vaxt həll yolu ola bilməz”. 

O, Ukraynanın qərbində doğulduğunu və həyatının ilk 17 ilini orada yaşadığını, valideynlərinin isə hələ də sevimli şəhəri olan Lvovda yaşadığını qeyd edib. "Bu böhran canlar bahasına başa gələcək və yüz illərlə qardaş olan iki xalqa ziyan vuracaq. Mən Ukrayna və Rusiya xalqlarına dərindən bağlıyam və hazırkı münaqişəni onların hər ikisi üçün faciə kimi qiymətləndirirəm”, - Fridman yazıb. 

Forbes-in məlumatına görə, 15,5 milyard dollar sərvəti ilə Fridman dünyanın ən zəngin adamları siyahısında 128-ci yerdədir. 

Fevralın 27-də günortadan sonra prezident Putinə yaxın rusiyalı iş adamı Oleq Deripaska da öz "Telegram" kanalında müharibə əleyhinə çıxış edib. 

“Sülh çox vacibdir! Mümkün qədər tez danışıqlara başlamaq lazımdır!” oliqarx qeyd edib. 

Qeyd edək ki, Deribaska ən böyük alüminium istehsalçılarından birinin - Rusalın ortaq sahibidir. 

Oleq Deripaskaya ilk dəfə sanksiya tətbiq edilmir: 2018-ci il aprelin 6-da o, ABŞ prezident seçkilərinə müdaxiləyə görə ABŞ-ın “Kreml siyahısı”na sanksiyaya salınıb.


Oxunma sayı: 4093

Oxşar yazılar