Ukrayna Silahlı Qüvvələri: Rusiya qoşunlarının Kiyevin müdafiəsini yarmaq cəhdləri uğursuz alınıb

  • 11:27 - 28 Fevral

Fevralın 28-nə keçən gecə rus hərbçiləri yenidən Kiyevin müdafiəsini yarmağa çalışsalar da, bütün cəhdlər baş tutmayıb.

Avropa.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanlığı məlumat yayıb. 

Ukrayna tərəfinin bildirdiyinə görə, Rusiya qoşunlarının kolonnaları dəfələrlə Kiyevin ətrafına soxulmağa cəhd ediblər, lakin Ukrayna hərbçiləri cavab tədbirləri görüblər. 

Kiyevdə vəziyyət nəzarət altındadır. “Rusiya tərəfinin məqsədə çatmaq üçün bütün cəhdləri boşa çıxdı. Avadanlıqların sütunları məhv edilib. Düşmən canlı qüvvədə xeyli itki verib”, - deyə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, Kiyevin müdafiə komandanı, general-polkovnik Aleksandr Sırski bildirib. 

Onun sözlərinə görə, rus qoşunları ruhdan düşüb və tükənib: "Biz göstərdik ki, evimizi müdaxilə edənlərdən qoruya bilərik".


Oxunma sayı: 2960

Oxşar yazılar