Ramzan Kadırovun Ukraynada öldürülən generalının FOTOLARI - Putinin ən elit alayının rəisi, Kadırovun isə sağ əli idi

  • 01:43 - 28 Fevral

İki gün öncə, Kiyev yaxınlığındakı Qostomel hava limanında Ramzan Kadırov Qvardiyasının 141-ci motoatıcı alayının rəisi, general Maqomed Tuşayev Ukrayna ordusu tərəfindən məhv edilib.

Avropa.info xəbər verir ki, bu haqda Ukrayna mediası məlumat yayıb.

Məlumata görə, general Maqomed Tuşayev  Putin və Kadırovun ən elit bölmələrindən biri sayılan 141-ci motoatıcı alayının rəisi olub.

Çeçen lider Kadirov'un sağ kolu General Magomed Tuşayev öldürüldü - DÜNYA  Haberleri

“Kadırovçuların Ukraynada itkiləri var. Kadırovun generalı, Çeçenistan Milli Qvardiyasının 141-ci motoatıcı alayının rəisi Maqomed Tuşayev öldürülüb. Bu, Putin və Kadırovun ən elit bölmələrindən biridir. Bizim artilleriya çeçen sütununu məhv etdi, çeçen cəsədləri Ukrayna torpağında yatır”, - deyə Ukrayna mediasının məlumatında bildirilir. 

Avropa.info


Oxunma sayı: 18140

Oxşar yazılar