SON DƏQİQƏ: Avropa Birliyi Ukraynaya hərbi təyyarələr göndərir - RƏSMİ QƏRAR

  • 01:24 - 28 Fevral

Avropa Birliyi rəhbəri Josep Borrell Avropa İttifaqının Ukraynaya döyüş təyyarələri tədarük edəcəyini açıqlayıb.

Avropa.info xəbər verir ki, Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında Borrell bildirib ki, onlar Kiyevə 450 milyon avro məbləğində yardım barədə də razılığa gəliblər.

“Biz Ukrayna ordusunu 450 milyon avro dəyərində öldürücü silahlarla təmin etmək qərarına gəldik”, - deyə Borrell bildirib.

Onun sözlərinə görə, Ukraynaya ölümcül olmayan silahlar, yanacaq və qoruyucu vasitələr üçün əlavə 50 milyon avro ayrılacaq. 


Oxunma sayı: 13883

Oxşar yazılar