Aİ Rusiya gəmilərinin üzv ölkələrin limanlarına girişini qadağan etmək istəyir

  • 22:30 - 27 Fevral

Avropa İttifaqı (Aİ) Rusiya gəmilərinin quruma üzv ölkələrin limanlarına girişinə qadağa qoyulmasını nəzərdən keçirə bilər. 

Bu barədə yüksək rütbəli avropalı məmur bildirib. 

“İnterfaks-Ukraina”nın məlumatına görə, bununla bağlı müzakirə bazar günü Avropa Şurasının Xarici Əlaqələr üzrə fövqəladə iclası çərçivəsində baş tutacaq. 

"Bu (Aİ-yə üzv ölkələrin limanlarına giriş qadağası) növbəti addım kimi qiymətləndirilir. Baxacağıq. Düşünürəm ki, bu, bugünkü müzakirənin bir hissəsi olacaq", - məmur rəsmi görüşdən əvvəl deyib.(report)
 


Oxunma sayı: 3180

Oxşar yazılar