Belarus ərazisindən Ukraynaya “İskəndər” raketi atılıb

  • 20:36 - 27 Fevral

Belarusdan Ukraynaya “İsgəndər” raketləri atılıb. Bu barədə bazar günü, fevralın 27-də Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko  məlumat verib.

O, həmçinin raketin atıldığını göstərən video yayımlayıb. Geraşenkonun sözlərinə görə, atışma Belarusla həmsərhəd olan Rivne vilayətində aparılıb.

“Bunun nə demək olduğunu bilirsinizmi? Lutsk, Rivne və Jitomir bölgələri yaxın günlərdə təkcə rusları deyil, belarus işğalçılarını da məhv etməyə hazırlaşmalıdılar!, - Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri bildirib.


Oxunma sayı: 3433

Oxşar yazılar