Ərdoğan Ukraynaya görə Nazirlər Kabinetini TƏCİLİ toplayır : Türkiyənin həmləsi MASADA - Ərdoğan xalqa MÜRACİƏT EDƏCƏK

  • 19:46 - 27 Fevral

Rusiyanın Ukraynaya hücumunu Ankara da yaxından izləyir. 

Avropa.info xəbər verir ki, bu çərçivədə sabah Beştepedə keçiriləcək Nazirlər Kabinetinin iclasında bölgədəki hadisələrin Türkiyəyə təsirlərinin hərtərəfli qiymətləndirilməsi gözlənilir. 

İclasda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkə rəsmilərinin həmkarları ilə diplomatik təmasları müzakirə olunacaq. 

Nazirlər Kabinetinin toplantısında Rusiyanın hücumuna son qoymaq üçün vasitəçilik də daxil olmaqla atıla biləcək addımlar müzakirə olunacaq. 

İclasda həmçinin Türkiyə vətəndaşlarının Ukraynada təxliyyəsi üçün aparılan işlər müzakirə olunacaq. 

Nazirlər Kabinetinin iclasında ölkədaxili proseslər, xüsusilə də iqtisadiyyatla bağlı məsələlər dəyərləndiriləcək. Prezident Ərdoğan görüşdən sonra xalqa müraciət edəcək.


Oxunma sayı: 12585

Oxşar yazılar