Azərbaycan Ukraynadan diplomatlarının təxliyəsinə başlayır

  • 01:42 - 27 Fevral

"Mən əməkdaşlarımızın təxliyəsi ilə məşğul olacağam".

Bunu APA-ya açıqlamasında Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bildirib.

Səfir qeyd edib ki, artıq xarici işlər naziri diplomatların ailələrinin və bəzi diplomatların Bakıya təxliyəsinə icazə verib.

Elmira Axundova vurğulayıb ki, səfirlikdə 6 diplomat var, onlardan üçü təxliyə olunacaq.


Oxunma sayı: 3246

Oxşar yazılar