Rusiya qoşunları bütün istiqamətlərdə Ukraynaya hücuma keçib

  • 20:59 - 26 Fevral

Rusiya Silahlı Qüvvələri Ukraynaya bütün istiqamətlərdə hücumu inkişaf etdirmək əmri alıb.

"TASS" xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov brifinqdə deyib.

"Ukrayna tərəfi danışıqlar prosesindən imtina etdikdən sonra bu gün bütün bölmələrə əməliyyat planına uyğun olaraq bütün istiqamətlərdə hücumu inkişaf etdirmək əmri verilib", - Konaşenkov bildirib.


Oxunma sayı: 3587

Oxşar yazılar