SON DƏQİQƏ! Qanunsuz erməni silahlı dəstələri Xocavənd istiqamətində mövqələrimizi ATƏŞƏ TUTDU

  • 17:38 - 19 Fevral

Azərbaycan Ordusunun Xocavənd rayonunun  Tağaverd kəndi  istiqamətində yerləşən mövqeləri fevralın 19-u saat 15:40-dan etibarən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri ilə qarşı tərəf susdurulub.


Oxunma sayı: 7888

Oxşar yazılar