XOŞ GƏLDİN TÜRKİYƏ! - İngilis mediası SON DƏQİQƏ XƏBƏRİ olaraq yaydı

  • 16:39 - 18 Fevral

İngiltərənin BBC telekanalı Türkiyənin ingiliscə adı olan "Turkey"i dəyişdirərək, "Türkiye" olaraq yenidən markalaşdırmaq üçün addım atdığını bildirib.

Avropa.info xəbər verir ki, BBC telekanalı Türkiyənin bu məqsədlə BMT-yə müraciət etməyə hazırlaşdığını açıqlayıb.

BBC-nin xəbərində "Goodbye Turkey, hello Türkiyə (Gülə gülə Turkey, xoş gəldin Türkiyə)" ifadəsindən istifadə edilərkən, Türkiyənin dünyada dəyişən imicindən də bəhs edilib.  

"Türkiyə beynəlxalq aləmdə tanınan "Turkey" adını "Türkiye" olaraq dəyişdirir. Ancaq bu dəyişikliyin fonetik tələffüzdən çox daha çoxunu ifadə etdiyi məlumdur. Bu Türkiyənin Ərdoğanın liderliyində müdafiə sənayesində, tarixi seriallar vasitəsi ilə ölkə daxilində və xaricində atdığı addımları xatırladır", - deyə BBC-nin xəbərində qeyd olunur. 

Türkiyə Xarici İşlər Nazirliyi internet saytında "Turkey" adını dəyişdirərək, "Türkiye" ifadəsini işlətməyə başlayıb. Eynilə, Anadolu Agentliyi (AA) və TRT World ingiliscə yayımlarında “Turkey” əvəzinə “Türkiye” ifadəsinə yer verir.

Xatırladaq ki, "Turkey" ingiliscə “hindi ” mənasını verdiyi üçün sosial mediada zaman-zaman Türkiyə düşmənləri bu ifadədən qardaş ölkəni ələ salmaq üçün də istifadə edirdi.


Oxunma sayı: 12255

Oxşar yazılar