Bakıda TIR sürücülərinin məmurlara ETİRAZI - Yolu bağladılar, etiraz etdikləri MƏMURLARIN ADLARINI maşınlara yazdılar - VİDEO, FOTO

  • 10:56 - 17 Fevral

Paytaxtın Heydər Əliyev prospektində TIR-ların yolu bağlaması səbəbindən nəqliyyatın hərəkətində yaranan problem aradan qaldırılıb.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

“Prospektə giriş-çıxış bərpa edilib. Nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində tədbirlər davam etdirilir”, – deyə o qeyd edib.

***

Gecə saatlarından etibarən yolu bağlayan 4 yük maşını hələ də Heydər Əliyev prospektində hərəkətin iflic olmasına səbəbdir. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşalrı gəlib. Amma yük maşınlarından biri nasaz olduğu üçün ərazidən çıxarıla bilmir.

“R-Group” şirkətinin sürücüləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyevə etiraz edirlər.

TIR-lardan birinin üzərinə sürücüləri bu həddə çatdıran məmurların adı yazılıb və əlavə edilib: “İcazə vərəqələrini verin. Məhsullar xarab olmaq üzrədir. Müflis olmuşuq!”

Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yolda hərəkəti tam bərpa etməyə çalışır. Hadisə yerinə Dövlət Gömrük Komitəsinin əməkdaşları da gəlib.

Hadisə yerindən ilk olaraq üzərində məmurlara etiraz şüarı yazılan TIR çxıarılıb. Digər yük maşınları isə hələ də Heydər Əliyev prospektindədir.

musavat.com


 


Oxunma sayı: 33584

Oxşar yazılar