Rusiya məhkəməsi Ermənistan vətəndaşının Azərbaycana deportasiya olunması haqda QƏRAR VERDİ, SON ANDA... - ŞOK TƏFƏRRÜAT

  • 22:45 - 16 Fevral

Ermənistan və Rusiya baş prokurorluqları arasında səmərəli əməkdaşlıq nəticəsində Azərbaycanda anadan olmuş Ermənistan vətəndaşının səhvən Azərbaycana deportasiyasının qarşısı alınıb. 

Avropa.info xəbər verir ki, bu haqda Ermənistan baş prokurorluğu məlumat yayıb.

Şəxsin Rusiya ərazisində inzibati xəta törətdiyini nəzərə alaraq məhkəmə inzibati məsuliyyət və Rusiya ərazisindən inzibati qaydada deportasiya haqqında qərar çıxarıb.

Rusiya Federasiyasının müvafiq məhkəməsinin inzibati məsuliyyət və inzibati deportasiya haqqında qərarının giriş hissəsində şəxs haqqında məlumatlar təqdim edilərkən, məhkəmə həmin şəxsin Azərbaycanda anadan olmasını nəzərə alaraq onun Azərbaycana deportasiyası ilə bağlı qərar verib.

Erməni tərəfi şəxsin Ermənistan vətəndaşı olması haqda Rusiya Federasiyasının Baş Prokurorluğuna müraciət edib. Rusiya Baş Prokurorluğunun qərarı qəbul edən məhkəməyə müraciətindən sonra şəxs Ermənistana təhvil verilib.   


Oxunma sayı: 77122

Oxşar yazılar