Erməni separatçılar Ağdam istiqamətində rus “sülhməramlıları”nın pərdəsi altında xəndəklər qazırlar - YENİ VİDEO

  • 00:07 - 05 Fevral

Dəmir yumruğun təsiri altından hələ də çıxa bilməyən ermənilər, deyəsən daha şiddətli zərbə almaq istəyirlər. Belə ki, onlar üzdə azərbaycanlılarla barışmaq niyyətlərini ifadə etsələr də, xəlvətcə yeni qarşıdurmaya hazırlaşırlar.

Avropa.info xəbər verir ki, bunu caliber.az-ın yaydığı son görüntülər də sübut edir.

Burada separatçıların rus “sülhməramlılarının” pərdəsi altında ekskavatorun köməyi ilə xəndəklər qazması əks olunur.

Görüntülərin bu gün Ağdam istiqamətində, günorta saatlarında qeydə alındığı bildirilib.

Ümid edirik ki, bu işlərin qarşısının alınması üçün lazımi tədbirlər vaxtında görüləcək.

“Sülhməramlılara” onların əsl vəzifələri, separatçılara isə onların aqibəti bir daha xatırladılacaq.


Oxunma sayı: 6557

Oxşar yazılar