Ramiz Mehdiyevin baldızı oğlu Levan DİN-dəki yüksək vəzifəsindən azad edildi - ermənilərə azərbaycanlı və rus adı ilə pasportlar verib İDDİASI

  • 15:48 - 03 Fevral

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.

Nazir Vilayət Eyvazovun müvafiq əmri ilə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə rəis müavini, polis polkovniki Levan Qurskaya vəzifəsindən azad edilərək sərəncama götürülüb.

Levan Qurskaya Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin yaxın qohumu - baldızının oğludur.

Qeyd edək ki, Levan Qurskaya bundan əvvəl uzun müddət Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Bir neçə gün əvvəl sabiq millət vəkili Elton Məmmədov bəyan edib ki, Levan Qurskaya Yuriyeviç Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəis müavini vəzifəsində işləyərkən qohumu Ramiz Mehdiyevlə birləşərək birbaşa ermənilərə azərbaycanlı və rus adı ilə pasportlar veriblər./qaynarinfo/


Oxunma sayı: 18393

Oxşar yazılar