SON DƏQİQƏ: Türk qırıcıları İraq və Suriyanın şimalındakı terror hədəflərini BOMBALADI - Bunker, qərargah, silah anbarları və daha nələr MƏHV EDİLDİ

  • 02:47 - 02 Fevral

Türkiyə Milli Müdafiə Nazirliyi İraq və Suriyanın şimalındakı terrorçuların baza kimi istifadə etdiyi Derik, Sincar və Karacak bölgələrindəki terror yuvalarına qarşı “Qış Qartalı Hava Hərəkatı”nın həyata keçirildiyini açıqlayıb.

Avropa.info xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən yayılan son dəqiqə açıqlamasında deyilir: 

"PKK/KCK/YPG və digər terror ünsürlərini zərərsizləşdirərək, Şimali İraq və Suriyadan xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı törədilən terror aktlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyimizi təmin etmək məqsədilə, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqlarımıza uyğun olaraq, İraq və Suriyanın şimalında baza kimi istifadə edilən Derik, Sincar və Karacak bölgələrində terror yuvalarına qarşı "Qış Qartalı Hava Hərəkatı" həyata keçirilib. 

"Qış Qartalı Hərəkatı"nda ölkəmizi, millətimizi və sərhəd təhlükəsizliyimizi təhdid edən terrorçulara məxsus sığınacaqlar, bunkerlər, mağaralar, tunellər, sursat anbarları, qərargahlar və təlim düşərgələri hədəf alınıb. Əməliyyatın planlaşdırılması və icrasında mülki əhalinin həyat və əmlakının təhlükəsizliyi, ətraf mühitin mühafizəsi üçün maksimum həssaslıq nümayiş etdirilib". 


Oxunma sayı: 5787

Oxşar yazılar