35 yaşında ayrıldı, 65 yaşında döndü: 30 il sonra vətəni Şuşada – FOTO/VİDEO

  • 17:35 - 26 Yanvar

Azərbaycanda işğaldan azad edilən Qarabağa səfərə icazə verilib. Bakıdan Şuşa və Ağdama ilk avtobus reysləri təşkil edilib. 30 ildir evindən uzaqda olan şuşalı Kamil Rüstəmovun dönüş yolu sərnişinlər arasında diqqət çəkib.

Avropa.info xəbər verir ki, ilk səfər barədə Türkiyənin TRT Haber reportaj hazırlayıb.

Yazıda qeyd olunur ki, Kamil Rüstəmov 1992-ci ildə evini və isti ocağını tərk edib. 30 ildən sonra biletini alıb evini yenidən görmək ümidi ilə yola düşüb.

Qarabağ torpaqlarını işğaldan azad edən Azərbaycan dinc əhalinin bölgəyə daxil olmasına icazə verib. Şuşa və Ağdama ilk avtobus reysləri təşkil edilib. 

Bakıdan Şuşaya gedənlər arasında Azərbaycan vətəndaşı Kamil Rüstəmov da olub.

Qarabağlı məcburi köçkün Kamil Rüstəmov "1992-ci ildə ayrıldım, 20 ildir Bakıdayam. 35 yaşında gedib, 65 yaşında Şuşaya qayıdıram" deyir. 

Altı saat sürən çətin yolçuluqdan sonra avtobuslar Şuşaya yetişib. Rüstəmov ilk olaraq Şuşa şəhər İcra Hakimiyyətinin yolunu tutub, evinin olduğu meydana gəlib:

"Sevincimin həddi-hüdudu yoxdur. Uşaqlığım, gəncliyim burada keçdi. 30 ildən bu yana hər gün yuxumda buraya gəlib-gedirdim. Amma bu gün gerçək olaraq gəldim buraya''.

30 il işğal altında olan Şuşa strateji mövqeyinə görə erməni hərbi birləşmələrinin məskunlaşdığı ərazi kimi istifadə olunurdu.

Kamil Rüstəmovun evi də erməni əsgərlərin sığındığı yerlər arasında olub:

"Buranı nə hala gətiriblər? Bütün binalar bu vəziyyətdədir. Bundan sonra bizim gözəl günlərimiz önümüzdədir. Düşüünrəm ki, Allahın yardımı ilə gözəl bir həyat yaşayacağıq burada.

Şəhərdə salamat qalmış evlərdə indi bərpa və tikinti işləri görən işçilər qalır.


Oxunma sayı: 3114

Oxşar yazılar