Peyvənd olunanların sayı açıqlandı

  • 17:10 - 26 Yanvar

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 563 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avropa.info-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 621, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 549, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 393 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 876 073, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 220 001, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 734 704, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 921 368 təşkil edir.


 


Oxunma sayı: 2927

Oxşar yazılar