"Dostlarına" güvənib Türkiyəyə baş qaldıran Yunanıstana ŞOK ÜSTÜNƏ ŞOK : "Dostlarımız bizi satdı..." - Ərdoğan EastMed layihəsini bir addımı ilə MƏHV ETDİ

  • 13:31 - 26 Yanvar

Avropanın Rusiya qazından asılılığını azaltmaq üçün Türkiyədən yan keçərək İsraildən Kipr və Avropaya təbii qaz nəqli marşrutunun yaradılması layihəsi həyata keçirilirdi.

Avropa.info xəbər verir ki, Türkiyənin təzyiqlərindən sonra ABŞ, Yunanıstan Cənubi Kipr və İsrailin yaratdığı konsorsium tərəfindən gündəmə gətirilən EastMed layihəsinə verdiyi dəstəyi geri çəkmişdi.

İsrail mediası "ABŞ Türkiyəni qəzəbləndirmək istəmir, yeganə variantımız təslim olmaqdır" yazıb. Baş verənlər daha çox Yunanıstanın Türkiyə qarşısında məğlubiyyəti kimi qiymətləndirilir. Yunan mediasındakı xəbərlərdə “Bütün dostlarımız bizi satdı” şərhi ilə Mitsotakis hökuməti tənqid edilib.

Yunan mətbuatında Yunanıstanın Şərqi Aralıq dənizində yaşanan hadisələrdən sonra daha bir şok zərbə aldığı, Türkiyənin əks həmlə ilə Miçotakis hökumətinin planlarını darmadağın etdiyi yazılıb.

"Yunanıstan Xarici İşlər Nazirliyinin işıqları gecə-gündüz 24 saat sönmür. Baş nazir Kiriakos Mitsotakis xarici işlər naziri Nikos Dendiası hesaba çəkməyə hazırlaşır. Dendias isə son addım kimi bu dəfə Fransanın liderliyi və köməyi ilə Türkiyəni Avropa Birliyi vasitəsilə sıxışdırmağa çalışır.

Ərdoğanın müdrik və ağıllı hərəkətləri nəticəsində indi nə ABŞ-ın Afina səfiri Cefri Pyatt, nə də Makronun Fransası Miçotakis hökumətini xilas edə bilmir. Yaya qədər seçkilərə hazır olaq", - deyə yunan mediasında qələmə alınan məqalədə qeyd olunur.  

Avropa.info 


Oxunma sayı: 6458

Oxşar yazılar