Klinikada oğurluq - 970 manat pul, bank kartları...

  • 12:20 - 26 Yanvar

Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə rayon ərazisindəki 2 klinikada Bakı şəhər sakinləri olan iki qadının çantasından ümumilikdə 970 manat pul, qızıl-zinət əşyaları, bank kartları və sənəd olan pulqabılarının oğurlanması barədə məlumatlar daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Avropa.info-ya verilən məlumatda bildirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş K.Quliyev müəyyən edilərək saxlanılıb.

Rəsmi məlumata görə, hazırda araşdırma aparılır.


Oxunma sayı: 3444

Oxşar yazılar