Brüsseldə Rusiya və Ukrayna arasında gərginliklə bağlı müzakirələr başladı

  • 17:29 - 24 Yanvar

Brüsseldə Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin görüşü başlayıb. 

Avropa.info bildirir ki, gündəmin əsas mövzusu Rusiyanın Ukraynaya ehtimal edilən işğalına reaksiya və mövcud vəziyyətdən çıxış yollarıdır. 

İclasın əsas mövzusunu İttifaqın Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell də təsdiqləyib. 

Avropa diplomatiyasının rəhbəri izah edib ki, Aİ Rusiya ilə bağlı mövqeyini müəyyənləşdirmək üzərində işləməyə davam edəcək. 

Ali Nümayəndə ABŞ dövlət katibi Entoni Blinkenin videokonfrans vasitəsilə görüşdə iştirak edəcəyini, Rusiya ilə danışıqların nəticələri barədə məlumat verəcəyini, həmçinin avropalı tərəfdaşların fikirlərini dinləyəcəyini bildirib.


Oxunma sayı: 1464

Oxşar yazılar