ÜST: "Omikron" variantı pandemiyanın sonunu gətirə bilər – FOTO

  • 13:44 - 24 Yanvar

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa direktoru Hans Kluge bildirib ki, COVID-19 "Omikron" variantından sonra Avropa pandemiyanın sonuna daxil ola bilər. 

Avropa.info bildirir ki, Fransa Xəbər Agentliyinə (AFP) danışan Kluge "Omikron" variantının COVID-19 epidemiyasını yeni mərhələyə daşıdığını açıqlayıb.

DSÖ Avrupa Direktörü Hans Kluge

"Omikron" variantının mart ayına qədər Avropada yaşayanların 60 faizinə yoluxacağını təxmin edən Kluge, “Bölgənin epidemiyada müəyyən mənada son oyununa doğru getməsi ehtimalı var. Önümüzdəki həftələrdə və aylarda ya peyvənd sayəsində, ya da infeksiya səbəbiylə insanların immunizasiyası sayəsində qlobal toxunulmazlıq olacaq", deyib. 

ABŞ-ın məşhur alimi Entoni Fauçi həftə ərzində oxşar nikbinliklə danışaraq, ABŞ-da COVI-19 hallarının kəskin şəkildə azaldığını və vəziyyətin yaxşılaşdığını bildirib. 

ÜST-nin Avropa direktoru Kluge, bununla belə, COVID-19 virusunun pandemiyadan endemikə keçdiyini söyləmək üçün hələ tez olduğunu xəbərdar edib.


Oxunma sayı: 1695

Oxşar yazılar