Türkiyədən Suriya və İraqda BÖYÜK ƏMƏLİYYAT - "Bayraktar"lar PKK-nın "kəşfiyyat rəisi"nin və iki "komandiri"nin KÜLÜNÜ GÖYƏ SOVURDU (FOTOFAKT)
- 17:02 - 22 Yanvar
Türkiyə istehsalı olan "Bayraktar TB2" PUA-ları Suriyanın şimalındakı Haseke vilayətinin Tel Temir şəhərində PKK/YPG terrorçularını daşıyan hərbi avtomobili vurub.
Avropa.info xəbər verir ki, avtomobilə edilən hücum nəticəsində terror təşkilatı PKK/YPG-nin "kəşfiyyat rəisi" və yanındakı bir terrorçu məhv edilib.
Terror təşkilatı PKK-ya növbəti ağır zərbə İraqın şimalındakı Sicarda endirilib. PKK-nın "komandiri" "Azad Ezdin" kod adlı Süleyman Şemo Yusuf və "Enver" kod adlı Naci Heci Sebro şəhərdə 2 avtomobillə hərəkət edərkən "Bayraktar"ların hədəfinə tuş gəlib. Nəticədə hər iki terrorçu məhv edilib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinə (TSQ) aid PUA-lar 2021-ci il dekabrın 7-də Hanesor bölgəsində PKK-nın qondarma komandirlərindən biri “Dijvar” kod adlı “Bedel Hacı”nı öldürülüb.
Türk döyüş təyyarələri isə 11 dekabr 2021-ci ildə terror təşkilatının Hansordakı "məclis" binasının külünü göyə sovurub.
Avropa.info