Putinlə Paşinyan Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsini müzakirə edib

  • 14:20 - 22 Yanvar

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub, Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsi müzakirə edilib

Avropa.info xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.

Söhbət Nikol Paşinyanın təşəbbüsü ilə baş tutub.

Bildirilib ki, Vladimir Putinlə Nikol Paşinyan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da qəbul etdikləri birgə bəyanatın, 2021-ci yanvarın 11-i və noyabrın 26-da əldə etdikləri üçtərəfli razılaşmanın reallaşmasının praktik aspektlərinə, eləcə də Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyasına dair məsələləri nəzərdən keçiriblər.


Oxunma sayı: 1893

Oxşar yazılar