Ukrayna- Rusiya krizində SON DƏQİQƏ gəlişməsi : Ərdoğanın planına dünyadan DƏSTƏK - Putinlə Zeleniski İstanbulda görüşə bilər

  • 13:05 - 21 Yanvar

Rusiyanın Ukraynanı işğal edəcəyi ilə bağlı yayılan xəbərlərdən sonra bölgədə gərginlik artarkən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hər iki ölkəyə təqdim etdiyi plana dəstək artır.

Avropa.info xəbər verir ki, "Reuters" agentliyinə danışan mənbələr Ankaranın Zelenski və Putini bir araya gətirərək gərginliyi azaltmaq üçün vasitəçilik səylərinə beynəlxalq təşkilatlar tərəfindən dəstək verildiyini bildiriblər. 

Türkiyənin noyabr ayında gündəmə gətirdiyi və ATƏT-in Minsk Qrupunun toplantısına ev sahibliyi ilə bağlı gündəmə gətirdiyi planla bağlı açıqlama verən Ankara rəsmiləri, "Rusiya və Ukrayna Türkiyənin vasitəçiliyinə normal yanaşır" deyib.

"Reuters"in xəbərində fevralda Ukraynaya gedəcəyini açıqlayan Ərdoğanın Rusiya və Ukrayna liderlərini bir araya gətirməyə çalışdığı bildirilib.

İstanbulda baş tutacağı gözlənilən, lakin dəqiq tarixi hələ müəyyən edilməyən mümkün görüşdə Rusiya, Ukrayna, Minsk Qrupu və Donbasdan nümayəndələrin iştirak edəcəyi gözlənilir. Tərəflər arasında danışıqların tez-tez davam etdiyi də vurğulanıb.

Rusya Ukrayna savaş gemilerine ateş açtı

Rusiya ilə Ukrayna arasında böhran 2013-2014-cü illərdə başlayıb. Krımın Moskva administrasiyası tərəfindən işğalı ilə başlayan prosesdə Rusiya Ukraynanın şərqindəki separatçı qüvvələrə dəstək verib.

Aradan 8 il keçməsinə baxmayaraq Rusiyanın dəstəklədiyi separatçılar mövcudluğunu davam etdirir. Kiyev administrasiyası illərdir torpaqlarını geri almağa çalışır.

Avropa.info


Oxunma sayı: 8988

Oxşar yazılar