Dünyaca məşhur nəşr "Bayraktar"ların Qarabağdakı uğurları HAQDA: "Bayraktar TB2" PUA-ları bu baxımdan dünyanın ən yaxşısıdır"

  • 12:34 - 20 Yanvar

Hollandiyanın aparıcı milli nəşrlərindən biri olan NRC qəzeti Türkiyə istehsalı olan Bayraktar TB2 pilotsuz uçan aparatlarının ətraflı təhlilini əks etdirən məqalə dərc edib. 

Avropa.info xəbər verir ki, İHA-ların Türkiyə müdafiə sənayesindəki roluna diqqət çəkən nəşr Türkiyənin pilotsuz təyyarələrin ixracını gündən-günə artırdığını qeyd edir. 

Məqalə müəllifləri diqqəti Suriya, Liviya və Azərbaycanda döyüş şəraitində “Bayraktar”lardan uğurla istifadə etməklə yanaşı, həmkarları ilə müqayisədə daha keyfiyyətli və aşağı qiymətə cəlb edirlər. Nəşrdə Bayraktar TB2-nin istismar baxımından dünyanın ən yaxşısı olduğu hollandiyalı müdafiə eksperti Stein Mitzerin şərhləri yer alıb. 

"TB2 təxminən 5 milyon dollara başa gəlir, Çinin Wing The Loong II isə 15 milyon dollara başa gəlir və keyfiyyət çox vaxt lazımi səviyyədə deyil", - deyə Mitzer qeyd edib. 

Bayraktar TB2 Polşa və Ukrayna kimi bir çox ölkəyə ixrac edilir. Bundan əlavə, onun mövcudluğu Türkiyənin xarici siyasətinə əhəmiyyətli töhfə verib, qəzet yazır. 

Nəşr qeyd edir ki, türk pilotsuz təyyarələrinə Afrikada tələbat yaranmağa başlayıb və prezident Rəcəb Tayyib Ərdoğanın qitə ölkələrinə səfərləri zamanı onların tədarükü ilə bağlı bir sıra müqavilələr imzalanıb.


Oxunma sayı: 2982

Oxşar yazılar