Ərdoğan Nazirlər Kabinetini toplayır – Türkiyə-Ermənistan görüşünün nəticələri müzakirə olunacaq

  • 11:19 - 19 Yanvar

Çərşənbə günü Türkiyə Nazirlər Kabinetinin iclasında İrəvanla Ankara arasında münasibətlərin normallaşması prosesi, o cümlədən xüsusi nümayəndələrin Moskvada keçirilən ilk görüşünün nəticələri müzakirə olunacaq. 

Avropa.info xəbər verir ki, bu barədə “Huriyyet” məlumat yayıb.

Qeyd olunur ki, Nazirlər Kabinetinin iclasına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək. 

"Hökumətin iclasında terrorla mübarizə müzakirə olunacaq. Diplomatiya sahəsində də nailiyyətlər qiymətləndiriləcək. Ötən həftə Türkiyə və Ermənistanın xüsusi nümayəndələri münasibətlərin normallaşdırılması üçün Moskvada ilk görüşlərini keçirdilər. Bu görüşün nəticələri və İclasda sonrakı proses müzakirə olunacaq”, - nəşr yazır.


Oxunma sayı: 1365

Oxşar yazılar