Almatı hava limanı normal işləməyə başladı

  • 13:24 - 19 Yanvar

Almatı Beynəlxalq Hava Limanı normal işləməyə başlayıb. 

Avropa.info bildirir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

“Almatıda fövqəladə vəziyyətin başa çatması və komendant saatı ilə əlaqədar 19 yanvar 2022-ci il saat 00:00-dan etibarən Almatı Beynəlxalq Hava Limanı adi rejimdə fəaliyyətə başlayacaq”, - deyə hava limanının mətbuat xidmətindən bildirilib. 

Həmçinin bildirilir ki, hava limanına nəqliyyat vasitələri ilə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb. 

Almatı hava limanı yanvarın 13-dən fəaliyyətini bərpa edib. Şəhər komendant saatı ilə əlaqədar olaraq səhər saat 08:00-dan 21:00-a kimi fəaliyyət göstərib. 

Almatı hava limanı etirazçılar tərəfindən zəbt olunduqdan sonra uçuşları dayandırıb.


Oxunma sayı: 1409

Oxşar yazılar