"Rusiya Qazaxıstanı Türkiyə və türk dünyası zəncirindən ayırdı" - Rus mediasından Türkiyə və Türk Dövlətləri Birliyinə qarşı İYRƏNCLİYİN SON HƏDDİ

  • 01:26 - 11 Yanvar

Rusiyanın "Nezavismaya" qəzeti rus əsgərinin Qazaxıstana girməsinə haqq qazabdıran, Türk Dövlətlər Birliyini aşağılamağa cəhd edən təhqiramiz məqalə dərc edib.

Avropa.info xəbər verir ki, Türkiyəni və Türk Dövlətlər Birliyini hədəf alan məqalədə, rus əsgərini Qazaxıstana dəvət edən Tokayev hökumətinə xüsusi təşəkkür edilir.

"Türkiyə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirlərinin Qazaxıstanda baş verənlərə həsr olunmuş onlayn iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qazaxıstanlı həmkarı Muxtar Tleuberdi ilə söhbətindən sonra tədbirin yanvarın 11-də baş tutacağını bildirib. O, həmçinin bəyan edib ki, Ankara Nur-Sultana lazım olan hər cür yardımı göstərməyə hazırdır. Türkiyə Rusiyanın türk dünyasının əsas halqası olan Qazaxıstanı zəncirdən çıxarmasından narahatdır.

Qazaxıstanda baş verənlər türk dünyasının lideri Ankaranın diqqət mərkəzindədir. Türkiyənin müdafiə naziri Hulusi Akar məsələyə münasibətdə deyib: “Qardaşlarımızın öz imkanları ilə bütün çətinliklərin öhdəsindən gələcəklərinə inanırıq. Qazax qardaşlarımıza hər cür yardım və dəstəyi göstərməyə hazır olduğumuzu bəyan edirik”. Hulusi Akar Türkiyənin bölgədəki terror təşkilatlarına qarşı mübarizədəki uğurlarını xatırladıb. Onun sözlərinə görə, 2015-ci ildən Türkiyə Silahlı Qüvvələri Suriyada 33275 terrorçunu məhv edib və Türkiyə ordusunun Suriyadakı səyləri sayəsində bir milyona yaxın qaçqın könüllü olaraq bu ölkəyə qayıdıb, onlardan 470 mini İdlibdə məskunlaşıb. Eyni zamanda, general qeyd edib ki, Rusiyanın hərbi təyyarələri vaxtaşırı Suriyanın şimal-qərbinə zərbələr endirir ki, bu da düzəlməz zərərlər yaradır və İdlib əhalisinin həyat şəraitini pisləşdirir. Nazir qeyd edib ki, Rusiya hərbçiləri bu yaxınlarda insanların həyatını ciddi şəkildə çətinləşdirən su təchizatı sistemini bombalayıblar. 

Hulusi Akar Azərbaycana təşəkkür etdi - Günün Səsi

Hulusi Akar

Hulusi Akar bununla Qazaxıstana Türkiyənin Rusiyadan daha faydalı olacağına işarə edib. Bunun üçün Türkiyənin Qarabağ müharibəsində oynadığı rolu xatırladıb. “Cənubi Qafqazda məqsədimiz uzunmüddətli sülh və sabitlikdir. Türkiyə və Azərbaycan prezidentləri Ermənistana sülh əlini uzadıblar. Ümid edirik ki, bu jest İrəvanda layiqincə qiymətləndiriləcək. Cənubi Qafqaz sabitlik adasına çevrilməlidir.”, - deyə Müdafiə naziri Hulusi Akardan da sitat gətirilən məqalədə qeyd olunur. 

"Nezavismaya" qəzeti bundan sonra özündə Rusiyanın işğal siyasətini anladan şərhində bildirir ki, Hulusi Akarın bəyanatları başa düşüləndir.

"Xüsusən də bəzi türkiyəli ekspertlərin KTMT qoşunlarının Qazaxıstana yeridilməsinin Türkiyə üçün nəhəng maddi, təşkilati, ideoloji resursların - türk dünyasının qurulması ideyasının iflasa uğradığını iddia etməsini nəzərə alsaq, başa düşüləndir. Demək ki, Rusiyanın uzun illər Qazaxıstanın qoyduğu "sərmayə" boşa getməyib. Türkiyə rəsmi dairələri açıq şəkildə Qazaxıstanın suverenliyini itirməsindən təəssüflənir və qazax hakimiyyət orqanlarını bu istiqamətdə daha qətiyyətli davranmağa çağırır.Türkiyənin Mərkəzi Asiyada mövqelərini daha da gücləndirəcəyini təsəvvür etmək çox çətindir", - deyə rus qəzetinin yazısında bildirilir.

Xəbərlər - Publika.az

Almatıda qətliama imza atan rus əsgərləri

"Nezavismaya" qəzetinı açıqlama verən İMEMO RAS-ın Postsovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi Stanislav Pritçin bir qədər də uzağa gedərək bildirib ki, Türkiyənin manevr imkanları məhdud idi. "Qazaxıstandakı böhranın kəskin mərhələsində Türkiyə heç nə edə bilməzdi. Öz xüsusi qüvvələrini Qazaxıstana göndərə bilməzdi. Bu, təkcə Qazaxıstanda deyil, həm də Rusiya və Çində daha böyük çaşqınlığa səbəb olardı. TDB-nin nizamnaməsində TDB ölkələrindən birində böhran baş verdikdə öz qoşunlarını göndərmək kimi bir bənd yoxdur." - deyə KTMT-nin daxili aksiyalara müdaxilə etmə hüququnun olmadığını unudan Pritçin bildirib.

"Böyük Turan yaratmaq ideyası çətindir. Bunun nə dərəcədə effektiv həyata keçiriləcəyi sual altındadır. Bütün Orta Asiya respublikaları kimi Qazaxıstan üçün də türk dünyası ideyası məqbul deyil. Türk olmaq türk dünyasında olmaq demək deyil",- deyə Etno-Milli Strategiyalar Agentliyinin direktoru Aleksandr Kobrinski "Nezavismaya" qəzetinə bildirib. Rusiyanın imperialist siyasəti mövqeyindən çıxış edən Kobrinskinin iddiasına görə, bir çox digər postsovet respublikaları kimi Qazaxıstanın problemi də ondan ibarətdir ki, o, öz dövlətçiliyini və ideoloji imperativlərini sovet keçmişinə və Rusiya tarixinə zidd olaraq qurub. Kobriniski bir az da uzağa gedərək, əhalisinin əksəriyyətinin müsəlman olduğu Qazaxıstanda İslam dinin mövqe qazanmasını, qazax cəmiyyətinə "yad proses" adlandırıb.

Qeyd edək ki, Rusiya qoşunlarının Qazaxıstana girməsinin KTMT nizamnaməsinə belə zidd olduğunu, unudan rus mediası və siyasətçilərinin Türkiyə və Türk Dövlətləri Birliyi əleyhinə açıqlamaları artmaqdadır. 

Avropa.info


Oxunma sayı: 18239

Oxşar yazılar