Ərdoğandan ard-arda Qazaxıstan DANIŞIQLARI: Azərbaycan və Türkiyə prezidentləri son vəziyyəti müzakirə etdilər

  • 19:21 - 06 Yanvar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının dönəm sədri olaraq təşkilata üzv ölkələrin liderləri ilə Qazaxıstanda baş verən hadisələrlə bağlı ayrı-ayrılıqda telefon danışığı aparıb.

Avropa.info bildirir ki, Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiyalar idarəsinin açıqlamasına görə, Ərdoğan Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev, Azərbaycan Prezidenti İlham Əliyev, Qırğızıstan Prezidenti Sadir Japarov və Özbəkistan Prezidenti Şevket Mirziyoyev ilə telefon danışığı zamanı Qazaxıstandakı son hadisələrlə bağlı fikir mübadiləsi aparıb.

Ərdoğan Qazaxıstan prezidenti Tokayevlə görüşündə dost və qardaş Qazaxıstanda baş verənləri yaxından izlədiyini bildirib, hadisələrdə həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib. 

Türkiyənin Qazaxıstanla həmrəy olduğunu ifadə edən prezident Ərdoğan, Türk Dövlətləri Təşkilatının da Qazaxıstanı dəstəklədiyini vurğulayıb.

Yeni hökumətin ən qısa zamanda qurulacağına və gərginliyin qısa zamanda sona çatacağına ümid etdiyini ifadə edən Ərdoğan, Qazaxıstan xalqının qarşılıqlı etimad və dialoq çərçivəsində problemlərin öhdəsindən gələcəyinə inandığını bildirib. 

Ərdoğan, Türkiyənin lazım gələrsə, hər cür texniki bilik və təcrübəni paylaşmağa hazır olduğunu qeyd edib.

Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev, Qırğızıstan Prezidenti Japarov və Özbəkistan Prezidenti Mirziyoyev ilə görüşlərində Qazaxıstanın sabitliyi və təhlükəsizliyinin bütün region, xüsusən də qonşuları üçün vacib olduğunu vurğulayıb və qardaş Qazaxıstanın dialoq yolu ilə bu problemi həll edəcəyini inandığını ifadə edib.


Oxunma sayı: 6370

Oxşar yazılar