Milli Məclisdə yeni sektor yaradıldı - FOTO

  • 14:48 - 06 Yanvar

Milli Məclisdə yeni sektor yaradılıb, bir sektor müdiri dəyişib.

Avropa.info APA-ya istinadən bildirir ki, Ruslan Hacıyev Dövlət qulluğu və kadr məsələləri şöbəsinin Deputat köməkçiləri ilə iş sektorunun müdiri vəzifəsinə təyin olunub.

Bu vəzifədə əvvəllər Elşad İsmayılov çalışırdı.

Eyni zamanda Milli Məclisdə Dövlət qulluğu və kadr məsələləri şöbəsinin Şəxsi işlərin aparılması sektoru yaradılıb. Bu sektora Kənan Axundov müdir təyin edilib.

 


Oxunma sayı: 4830

Oxşar yazılar