Türk Dövlətləri Təşkilatından Qazaxıstanla bağlı BƏYANAT

  • 14:31 - 06 Yanvar

“Türk Dövlətləri Təşkilatına üzv dövlətlər olaraq baş verən son hadisələrin fonunda biz Qazaxıstanda sülh və sabitliyə əhəmiyyət verdiyimizi vurğulayır və üzv ölkəmiz Qazaxıstanla güclü həmrəyliyimizi ifadə edirik”.

Avropa.info xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Qazaxıstandakı vəziyyətlə bağlı bəyanatında bildirilib.

Bəyanatda daha sonra vurğulanıb:

“Qardaş qazax xalqının sağlam düşüncəsinə və vəziyyətin normallaşmasını arzuladığına güvənirik.

Qazaxıstan rəsmilərinin sülh yolu ilə gərginliyi azaltmaq, asayiş və sabitliyi yenidən bərpa etmək gücünə malik olduğuna inanırıq.

Qazaxıstan hökumətinə və xalqına lazım ola biləcək hər cür dəstəyi verməyə hazır olduğumuzu bəyan edirik.

Hadisələrdə həyatını itirənlərə görə başsağlığı verir və yaralananlara şəfa diləyirik”.

Türk Dövlətləri Təşkilatının əsası türkdilli ölkə başçılarının 3 oktyabr 2009-cu il tarixində  Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə qoyulub.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının əsas üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistandır.

Daha 2 dövləti - Macarıstan və Türkmənistan isə təşkilatın müşahidəçi statusundadır. 


Oxunma sayı: 4016

Oxşar yazılar