Azərbaycan və Türkiyə XİN başçıları Qazaxıstandakı vəziyyəti müzakirə ediblər

  • 10:38 - 06 Yanvar

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Avropa.info xəbər verir ki, tərəflər Qazaxıstandakı vəziyyəti müzakirə ediblər.

Müzakirənin tam təfərrüatı hələlik məlum deyil.

Qeyd edək ki, Qazaxıstanda dünən başlayan etiraz nümayişləri ölkənin ən böyük şəhəri Almatıda zorakılıq aktlarına və silahlı qarşıdurmalara səhnə olub. 

Qazaxıstan Daxili İşlər Nazirliyi indiyədək 300-ə yaxın insanın xəsarət aldığını açıqlayıb. 

KTMT liderləri ölkəyə sülhməramlılar göndərmək qərarına gəliblər.


Oxunma sayı: 3367

Oxşar yazılar