Nazarbayev Qazaxıstan Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırılıb

  • 19:22 - 05 Yanvar

Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırılıb.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində söyləyib.

“Bu gündən etibarən bu vəzifəni mən tutacağam”, - o bildirib.

Prezident heç bir halda paytaxt Nur-Sultanı tərk etməyəcəyini vurğulayıb.(report) 


Oxunma sayı: 3378

Oxşar yazılar