SON DƏQİQƏ! Hərbçimiz Kəlbəcərdə minaya düşdü

  • 23:20 - 02 Yanvar

Yanvarın 2-də Kəlbəcər rayonunun Bağlıpəyə yaşayış məntəqəsi istiqamətində piyada əleyhinə mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Eyniyev Yusif Süleyman oğlu xəsarət alıb.

Müdafiə Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, əsgər Y.Eyniyev hərbi tibb müəssisəsinə təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 8669

Oxşar yazılar