Əfqan ana uşaqlarını xilas etdi, özü donaraq öldü - FOTO

  • 14:19 - 02 Yanvar

Uşaqlarını xilas etməyə çalışan əfqan ana donaraq ölüb.

Avropa.info xəbər verir ki, İranın Türkiyə sərhədinə yaxın Belasur kəndində əfqan qadın donaraq ölüb. 

Qadının yanındakı iki uşağını donaraq ölməkdən xilas etməyə çalışdığı, onlara öz paltarını geyindirdiyi anlaşılıb.

Məlumata görə, 8-9 yaşlarında iki uşağı ilə Türkiyəyə daxil olmaq istəyən əfqan qadın soyuğa dözməyib vəfat edib.

Ananın ayaqlarının polietilen torbalara sarıldığı, uşaqlarının isə əllərində corab olduğu bəlli olub.

Soyuqdan əlləri şişmiş iki uşağa kənd sakinləri kömək ediblər.

Qeyd edək ki, Əfqanıstanda "Taliban"ın hakimiyyəti ələ keçirməsindən sonra bu ölkənin vətəndaşları qeyri-qanuni yollarla başqa ölkələrə köçməyə başlayıb.

image desc

Oxunma sayı: 4511

Oxşar yazılar