Türkiyə Silahlı Qüvvələri 6 YPG terrorçusunu məhv etdi

  • 13:12 - 02 Yanvar

Türkiyə Silahlı Qüvvələri “Barış pınarı”, “Zeytun budağı” və “Fərat Qalxanı” əməliyyatları zonalarında 6 YPG terrorçusunu (PKK-nın Suriya qanadı) zərərsizləşdirib. 

Avropa.info xəbər verir ki, bu barədə bazar günü, yanvarın 2-də Türkiyə Milli Müdafiə Nazirliyinin Twitter səhifəsində məlumat verilib. 

Terrorçular atəş açıb və Suriyanın şimalında bu əməliyyatların keçirildiyi zonalara soxulmağa cəhd ediblər, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.


Oxunma sayı: 9241

Oxşar yazılar