15 iyuldan sonra ABŞ-ın Türkiyə üzərindəki kontrolu tamamilə bitdi - Yunanıstan Türkiyənin "Hisar-O+" HHM-lərindən QORXUYA DÜŞDÜ

  • 00:09 - 02 Yanvar

“15 iyul 2016-cı il dövlət çevrilişi cəhdindən sonra Türkiyənin silah seçiminin artıq heç bir şəkildə ABŞ tərəfindən idarə olunmadığını bilməmiz lazımdır".

Avropa.info xəbər verir ki, bunu yunan analitik Sterqios D. Theofanidis Türkiyənin yerli hava hücumundan müdafiə sistemi Hisar-O+-nın son sınağına münasibət bildirərkən deyib.

Yunan analitik Türkiyənin silah sistemlərinin tədarükü ilə bağlı müstəqil siyasət yürütməkdə israrlı olduğunu vurğulayıb.

"Türkiyə son illər müdafiə sənayesi sahəsində tarixi sıçrayışa nail olub. Yunanıstan isə son 15 ildə bu sahədə heç nə edə bilməyib. Müdafiə sanəyesi sahəsi əhəmiyyətli risklərə, çox yüksək vaxt və pul xərclərinə malik olduqca çətin prosesdir. Bu, həm də bir çox qurumların, şirkətlərin və nəhayət hökumətlərin çoxşaxəli və çoxölçülü əməkdaşlığı ilə mümkündür.

HİSAR O+ Air Defense Missile System goes into mass production – Kimdeyir

Hisrar O+ hava hücumundan müdafiə raket sisteminin əməliyyat sınağı uzaqmənzilli silahların dəyərini bir daha nümayiş etdirir. Bu proses ilk növbədə Türkiyənin silah sistemlərinin tədarükü baxımından müstəqillik siyasətində israrlı olmasının növbəti sübutudur. Ankara bu sahədə Çin, Pakistan, Almaniya, Cənubi Koreya, İspaniya ilə işbirliyindədir. 15 iyul 2016-cı il dövlət çevrilişi cəhdindən sonra Türkiyənin silah seçiminin artıq heç bir şəkildə ABŞ tərəfindən idarə olunmadığını da bilməmiz lazımdır", - deyə yunan analitik qeyd edib. 

Avropa.info


Oxunma sayı: 10825

Oxşar yazılar