Malidə hərbi hissəyə hücum olub, 39 nəfər ölüb

  • 14:12 - 31 Dekabr

Afrikanın qərbində yerləşən Malidə terrorçuların hərbi hissəyə hücum nəticəsində 39 nəfər ölüb, 12 nəfər yaralanıb.

“TRT Haber” xəbər verir ki, ölənlərdən 8-i hərbçidir.

Təhlükəsizlik qüvvələrinin keçirdiyi irimiqyaslı əməliyyat nəticəsində hərbi hissəyə hücum edən 31 silahlı zərərsizləşdirilib.

Bildirilib ki, hadisə Malinin şimal-qərbində, Sahel bölgəsinin Nara qəsəbəsində baş verib. Bu bölgə Burkina-Faso, Mali və Nigerlə sərhəddə yerləşir. Son illər bu ərazi “Əl-Qaidə” və İŞİD terror qruplaşmalarının hücumlarına məruz qalır.

Terrorçulara qarşı mübarizə məqsədilə 2013-cü ildən Malidə xarici ölkələrin qoşunları yerləşdirilib. Fransanın sülhməramlıları da bu məqsədlə ölkədə dislokasiya olunub. Mali hakimiyyəti dəfələrlə Fransa hərbçilərinin fəaliyyətindən narazılığını bildirib.


Oxunma sayı: 6348

Oxşar yazılar