Ermənistan bu tarixdən Türkiyə mallarına qoyulan embarqonu ləğv edir - İrəvan RƏSMƏN AÇIQLADI

  • 00:21 - 31 Dekabr

Ermənistan hökuməti yanvarın 1-dən Türkiyə mallarına qoyulan embarqonu ləğv edəcəyini açıqlayıb.

Avropa.info xəbər verir ki, bu haqda Ermənistan İqtisadiyyat nazirliyinin facebook sosial şəbəkəsində yaydığı məlumatda bildirilir. 

“Türkiyə mallarının ölkəyə idxalına qoyulan embarqonun müddətinin uzadılmaması qərara alınıb”, - deyə İqtisadiyyat nazirliyinin açıqlamasında qeyd olunur.

Xatırladaq ki, bu ilin əvvəlində Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın münasibətlərin normallaşması üçün Türkiyə ilə danışıqlara hazır olduğunu bildirmişdi. 


Oxunma sayı: 13256

Oxşar yazılar