Ermənilər Ağdamda “Bakcell"in əməkdaşına atəş açaraq yaraladı, cinayət işi başlanıldı – FOTO (YENİLƏNİB)

  • 10:12 - 30 Dekabr

Dekabrın 29-u saat 16 radələrində, Ağdam rayonunun işğaldan azad edilmiş "Yeddi xırman" adlanan ərazisində 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlunun odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Avropa.info-ya verilən məlumatda bildirilir ki, ilkin araşdırmalarla "Bakcell MMC"nin əməkdaşı Anar Rəhimlinin qeyd edilən ərazidə xidməti vəzifələrini icra edərkən erməni silahlı qüvvəlləri tərəfindən atəşə tutulması nəticəsində xəsarət alması müəyyən edilmişdir.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 29, 120.2.11(quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd), 228.3-cü (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam edir.

-------

01:42

Erməni silahlı qruplaşması Ağdamda "Bakcell"in podratçı şirkətlərindən birinin əməkdaşını atəşə tutub.

Avropa.info bildirir ki, hadisə Ağdamın işğaldan azad edilmiş "Yeddi xırman" adlanan ərazisində qeydə alınıb. Belə ki, ərazidə peşə fəaliyyəti ilə məşğul olan 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlu erməni silahlıları tərəfindən atəşə tutulub. Nəticədə A.Rəhimli qolundan güllə yarası alıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun həyatı təhlükəsinin olmadığı bildirilib.

Azərbaycan tərəfi dünən 5 erməni hərbçisini Ermənistana təhvil vermişdi.


Oxunma sayı: 12563

Oxşar yazılar