İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri Yuxarı Gövhər Ağa məscidində - VİDEO

  • 01:04 - 25 Dekabr

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri dekabrın 24-də Hadrut qəsəbəsinə səfərdən sonra Şuşa şəhərinə gəliblər.

Avropa.info xəbər verir ki, dövləti başçısı, birinci xanım və ailə üzvləri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Şuşadakı Yuxarı Gövhər Ağa məscidindən videogörüntü paylaşıb.

Paylaşımda bu sözlər yer alıb: “Allah bütün duaları qəbul etsin və öz mərhəmətini xalqımızdan əsirgəməsin!”.


Oxunma sayı: 9208

Oxşar yazılar