Lukaşenkonu təhqir edən bloggerə hökm oxundu

  • 14:24 - 21 Dekabr

Belarusun Şuçinski rayon məhkəməsi bloggeri ölkə prezidenti Aleksandr Lukaşenkonu təhqir etməkdə və dövlət bayrağını təhqir etməkdə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edib. 

Avropa.info xəbər verir ki, bu barədə Belarusun Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, özünü blogger kimi təqdim edən 37 yaşlı müttəhim keçən il İnstaqram hesabında Belarus prezidenti haqqında təhqiramiz şərhlər yazıb. Bu ilin avqustunda o, Skidel şəhərindəki yanacaqdoldurma məntəqəsində dövlət bayrağını təhqir edib. 

“Dövlət ittihamçısının təqdim etdiyi sübutları nəzərə alaraq, Şuçinski Rayon Məhkəməsi təqsirli bilinən hökm çıxarıb. Belarus Respublikası Cinayət Məcəlləsinin 368-ci maddəsinin birinci hissəsi, 370-ci maddəsi əsasında E. cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə üç il müddətinə azadlıqdan məhrum edilib”, - Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd olunur ki, hökm hələ qanuni qüvvəyə minməyib və ondan apellyasiya şikayəti verilə bilər.


Oxunma sayı: 3477

Oxşar yazılar