Britaniyalı iqtisadçının Türkiyədə dolların ucuzlaşması ilə bağlı şərhi: Karyeramda belə bir şey görmədim – FOTO

  • 14:01 - 21 Dekabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dolların məzənnəsi 18 lirə olanda yeni iqtisadi tədbirlər açıqlayıb və TL-nin möhkəmlənməsi qərarlarından sonra dollar 12 lirəyə düşüb. Avropa.info xəbər verir ki, bu azalma dünya mediasında və iqtisadçıların təəccübünə səbəb olub.

Britaniyalı iqtisadçı Timothy Ash sosial media hesabında bir qrafik paylaşaraq, Ərdoğanın açıqlamasından sonra "30 ildir iqtisadçıyam. Heç bir valyutada belə bir dəyişkənlik görməmişəm. İnanılmazdır" dolların ucuzlaşmasına münasibət bildirib.

Fransanın "France 24" telekanalı isə hadisələrə belə münasibət bildirib: 

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan nəyin bahasına olursa olsun böyüməyə yönəlmiş "iqtisadi müstəqillik savaşı"na başlayıb".


Oxunma sayı: 11738

Oxşar yazılar