Türkiyədə valyutadəyişmələrdə uzun növbələr: Dolların ucuzlaşması davam edir – Lirə bir qədər də bahalaşdı

  • 10:56 - 21 Dekabr

Türkiyədə xarici valyuta məzənnələrinə nisbətdə lirənin bahalaşması davam edir.

Avropa.info xəbər verir ki, eni günə ucuzlaşma ilə başlayan və son 1 ayın ən aşağı səviyyəsi olan 11.1234-ə çatan dollar/TL, 09.09-a əvvəlki bağlanış səviyyəsinə görə 13,6 faiz azalaraq 11.6063-dən satılır. Eyni dəqiqələrdə Avro/TL 13,7 faiz azalaraq 13,0907, funt sterlinq isə 6,10 faiz azalaraq 17,3240-dan satılır. Belə ki, dünən axşamdan etibarən məzənnə təxminən 40 faiz ucuzlaşıb. 

Dollar indeksi hal-hazırda əvvəlki bağlanışla müqayisədə düz kursla 96,5 səviyyəsində sabitləşsə də, avro/dollar pariteti də əvvəlki bağlanışdan bir qədər yuxarı 1,1280 səviyyəsində alıcı tapır.

Məzənnələrin bu şəkildə dəyişməsindən sonra vətəndaşlar səhər saatlarında valyutadəyişmə məntəqələrinə üz tutublar. 

Dollarını satmaq istəyən onlarla insanın məntəqələrin qarşısında gözlədiyi görülüb.


Oxunma sayı: 10341

Oxşar yazılar