Türkiyəyə uçuşlar yerinə yetirəcək Ermənistan aviaşirkəti müəyyənləşib

  • 10:29 - 21 Dekabr

"Flyone Armenia" 2015-ci ildən sonra Türkiyəyə uçuşlar həyata keçirməyə başlayan ilk Ermənistan aviaşirkəti olacaq. 

Avropa.info bildirir ki, bu barədə "Sputnik Ermənistan" Mülki Aviasiya Komitəsinə istinadən məlumat verib.

Qeyd edək ki, daha əvvəl də şirkət İstanbula uçmaq niyyətində olduğunu açıqlamışdı.

Eyni zamanda, Komitədən bildirilib ki, “Aviasiya haqqında” qanunda nəzərdə tutulduğu üçün uçuşların keyfiyyətinə idarə tərəfindən nəzarət olunacaq.

Xatırladaq ki, bir müddət öncə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ilə Ermənistan arasında uçuşların təşkil olunmasının mümkünlüyünün nəzərdən keçirildiyini bildirib. Eyni zamanda, hər iki ölkə dialoqa başlamaq üçün qarşılıqlı olaraq xüsusi nümayəndələr təyin edib.


Oxunma sayı: 5864

Oxşar yazılar