ÜST "omikron" ştammının yayılma sürətini açıqladı

  • 10:32 - 21 Dekabr

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri koronavirusun yeni "omikron" ştammının yayılmasını təxmin ediblər. Son araşdırmalar "omikron"un digər infeksiya növləri ilə müqayisədə daha sürətli yayıldığını göstərir. 

Avropa.info xəbər verir ki, bu barədə ÜST-ün baş direktoru Tedros Adan Qebreyesus bildirib.

Qebreyesus, həmçinin virusun, o cümlədən peyvənd olunmuş və koronavirus infeksiyasından sağalmış şəxslər üçün təhlükəli olduğunu təsdiqləyib.

Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 nümayəndəsi David Nabarro qeyd edib ki, "omikron" son dərəcə sürətlə yayılır. ÜST-ün məlumatına görə, yeni yoluxma hallarının sayı hər iki-üç gündə iki dəfə artır.

Eyni zamanda, koronavirusun "omikron" ştammının əsas simptomları əvvəlki ştamlardan əsaslı şəkildə fərqlənmir. ÜST-nin Rusiyadakı nümayəndəsi Melita Vujnoviçin sözlərinə görə, xəstəliyin ən çox görülən təzahürləri siyahısına baş ağrısı, qızdırma və ağciyərlərin zədələnməsi daxildir, ÜST-nin indiyədək bütün ştamlarda qeyd etdiyi fəsadlar var. 

"Beləliklə, indi klinik olaraq kimin "omikron" ilə xəstələndiyini və kimin "delta" ştammına yoluxduğunu anlamaq demək olar ki, mümkün deyil", ekspert vurğulayıb.


Oxunma sayı: 4753

Oxşar yazılar