Türkiyənin şərqində çovğun: yüzlərlə yaşayış məntəqəsi ilə əlaqə kəsildi

  • 13:52 - 20 Dekabr

Anadolunun şərqində qar və çovğun 3-cü gündür davam edir. 

Avropa.info xəbər verir ki, şaxtalı hava ictimai nəqliyyatın işində fasilələrə, yaşayış məntəqələrinin elektrik enerjisinin verilişində fasilələrə səbəb olub. 

Xüsusilə çətin vəziyyət Ərzurum əyalətində müşahidə olunur, burada nəqliyyat xidmətləri 525 yaşayış məntəqəsi ilə nəqliyyat əlaqələrinin məhdudlaşdırıldığını bildirir. 

Qars vilayətində artıq bəzi yollar təmizlənib. Bir sıra kəndlərin təhsil müəssisələrində bir günlük tətil elan edilib. 

Rayon Avtomobil Yolları İdarəsinin briqadaları qarın təmizlənməsini davam etdirir. Vilayətin 144 kəndi ilə əlaqə müvəqqəti olaraq dayandırılıb. 

Ərzincanda 37 kənd yolu bağlanıb.


Oxunma sayı: 3631

Oxşar yazılar