ABŞ-da "omikron" ştammı ilı bağlı ciddi HƏYƏCAN: "The Wall Street Journal" xəstəxanaların buna hazır olmadığını yazdı

  • 11:01 - 20 Dekabr

"The Wall Street Journal" səhiyyə rəsmilərinə istinadən yazıb ki, ABŞ-da yeni omikron ştammına yoluxan xəstələrin sayında artım gözlənilir. Ölkə xəstəxanalarının buna hazır olmadığı da bildirilib. 

Avropa.info bildirir ki, nəşrin məlumatına görə, reanimasiya şöbələri təcili müalicəyə ehtiyacı olan (ürək-damar və onkoloji xəstəlikləri olan) və delta variantına yoluxanlarla doludur. Həkimlər kadr çatışmazlığının hazırlıqsızlığı daha da ağırlaşdırdığını vurğulayırlar. 

Mütəxəssislər vurğulayırlar ki, insana lazımi yardımın göstərilməsində belə gecikmələr ciddi fəsadlar riski yaradır. Qəzet qeyd edir ki, ABŞ-da pandemiyanın əvvəlki dalğaları zamanı bəzi xəstələr reanimasiya gözləmədən dünyasını dəyişib. 

Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi koronavirusun omikron ştammı səbəbindən amerikalılar üçün çətin qış olacağını proqnozlaşdırmışdı. ABŞ-ın baş yoluxucu xəstəliklər üzrə mütəxəssisi yeni ştammın qeyri-adi yayılma potensialına malik olduğunu vurğulayıb və yaxın iki həftə ərzində ABŞ-da infeksiyaların sayının artacağını proqnozlaşdırıb.


Oxunma sayı: 2465

Oxşar yazılar