Zelenski NATO-nun növbəti sammitində Ukrayna üçün perspektivləri açıqladı

  • 16:10 - 16 Dekabr

Ukrayna prezidenti Vladimir Zelenski əmin edib ki, Ukraynanın Avro-Atlantik kursu dəyişməz olaraq qalır və o, Madriddə keçiriləcək NATO-nun növbəti sammitində fürsət pəncərəsi görür. 

Avropa.info “Ukrinform”a istinadən xəbər verir ki, bunu dövlət başçısı Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib. 

“Bizim Avro-Atlantik kursumuz dəyişməz olaraq qalır, onun Ukrayna cəmiyyətində dəstəyi artır”, - deyə Zelenski bildirib. 

O, NATO-nun baş katibinə Alyansa üzvlük məsələsinin Ukrayna ilə NATO ölkələri arasında münasibətlər məsələsi olduğuna dair “aydın siqnala görə” təşəkkürünü bildirib. Eyni zamanda, o, ümid etdiyini bildirib ki, NATO dövlətləri gələcəkdə “təhdidlərə və digər tərəflərin çəkdiyi hər hansı qırmızı xətlərə məruz qalmadan” bu mövqelərdən çıxış edəcəklər. 

“1997-ci ildə Madrid Sammiti zamanı Ukrayna və NATO-ya üzv ölkələr Xüsusi Tərəfdaşlıq haqqında Xartiya imzaladılar. Bu sənəd bizim aramızda yüksək səviyyədə tərəfdaşlıq və yüksək diapazonlu qarşılıqlı əlaqələri qeyd etdi. Gələn il bu sənədin imzalanmasının 25 ili tamam olur və yenə də Madriddə NATO sammiti keçirilir. Mən bunu təkcə simvolizm kimi deyil, həm də fürsət pəncərəsi kimi görürəm”, - deyə prezident vurğulayıb.


Oxunma sayı: 3774

Oxşar yazılar